Misir Almaniyanı daxili işlərinə qarışmaqda ittiham edib
10:06 19.12.2021
Dünya
762
Misir Almaniya Xarici İşlər Nazirliyinin dekabrın 20-də Qahirədə keçiriləcək məhkəmə və insan hüquqlarının pozulması ilə bağlı bəyanatını “ölkənin daxili işlərinə kobud şəkildə müdaxilə” kimi qiymətləndirib.
AZƏRTAC xəbər verir ki, Misir Xarici İşlər Nazirliyinin müvafiq bəyanatında Almaniya hökumətinin iddialarının “yolverilməz və hüququn təhrif olunmuş faktlar əsasında pozulması” olduğu qeyd olunub. Rəsmi Qahirə hüquqşünas Məhəmməd əl-Bağer və daha iki fəalın məhkəməsinin ədalətli və qanun çərçivəsində keçiriləcəyini vurğulayaraq əlavə edib ki, Almaniya bu cür məsələlərdə “ikili standartlar”dan çıxış edir.
Misir XİN-in bəyanatında deyilir: “Almaniya hökumətinin Misirin daxili işlərinə, xüsusən hüquq sisteminə kobud müdaxiləsi təəccüb və təəssüf doğurur. Rəsmi Berlin başqalarının daxili işlərinə qarşımaqdansa, yaxşı olar ki, öz problemləri ilə məşğul olsun”.
Qeyd edək ki, Məhəmməd əl-Bağer və yoldaşları terrorçuluq ittihamı ilə mühakimə olunurlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət