Misir Prezidenti Liviya ilə sərhədində dəniz bazasının açılışını edib
17:12 04.07.2021
Dünya
473
Misir Prezidenti Əbdülfəttah əl-Sisi Aralıq dənizində - Liviya ilə sərhəddən 135 kilometr aralıdakı Masra Matruh şəhəri sahillərində strateji dəniz bazasının açılışını edib.
AZƏRTAC Misir Prezidentinin rəsmi saytına istinadla xəbər verir ki, açılış mərasimində Əbu-Dabi vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayid əl-Nəhyan və Liviya Prezident Şurasının sədri Məhəmməd əl-Manfi iştirak ediblər.
Misir Prezidenti mərasimdə qeyd edib ki, yeni dəniz bazası qanunsuz miqrasiyanın qarşısını almaqla yanaşı, həmçinin Aralıq və Qırmızı dənizlər arasında naviqasiya təhlükəsizliyini möhkəmləndirəcək. İnauqurasiya zamanı Fransa istehsalı olan iki ədəd “Mistral” hərbi helikopteri, Almaniyadan alınmış esmines və İtaliyanın FREMM freqatının müşayiəti ilə Misirin dövlət bayrağı qaldırılıb, təlim məqsədilə raketlər atılıb və hərbçilər paraşütlə helikopterdən hərbi gəmilərə eniblər.
Ticarət gəmiləri üçün də ayrıca sahil ayrılmış yeni baza 10 kvadratkilometr sahədə yerləşir və burada suyun dərinliyi 14 metrdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm