Monqolustan, Çin və Rusiya sentyabr ayında “Sərhəd Əməkdaşlığı - 2026" adlı birgə hərbi təlimlər keçirəcək.
Teleqraf xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlərin məqsədi sərhədyanı ərazilərdə kəşfiyyat-təxribat fəaliyyətinin qarşısının alınması və dayandırılmasıdır. Qeyd olunub ki, üç ölkənin hərbi bölmələri planlaşdırma, axtarış, qanun pozucularının qarşısının alınması və saxlanılması, eləcə də saxlanılan şəxslərin maraqlı tərəflərdən birinə təhvil verilməsi üzrə tədbirləri məşq edəcəklər.
Çin Müdafiə Nazirliyi xatırladıb ki, bu formatda tədbir artıq ikinci dəfə keçirilir. Təlimlərin məqsədi strateji etimadın möhkəmləndirilməsi, əməkdaşlığın dərinləşdirilməsi, sərhədyanı ərazilərdə təhlükəsizlik və sabitliyin təmin edilməsidir.