Rusiya və Çin ABŞ-ın “Qızıl Günbəz” raket əleyhinə müdafiə layihəsini strateji sabitliyə təhlükə adlandırıb.
Sherg.az xəbər verir ki, bu barədə Putin və Si Cinpinin danışıqlarının yekunlarına dair birgə bəyanatda bildirilib.
Qeyd olunub ki, layihə qlobal və çoxsəviyyəli raketdən müdafiə sistemi yaratmağı nəzərdə tutur və bu, mövcud strateji balansı poza bilər. Tərəflər həmçinin kosmosun hərbiləşdirilməsi riskinin artdığını vurğulayıblar.
“Qızıl Günbəz” ABŞ-ın ərazisini raket və dronlardan qorumaq üçün peyk əsaslı müdafiə sistemi kimi planlaşdırılır. Layihənin mərhələli şəkildə həyata keçirilməsi və 2028-ci ilə qədər tamamlanması gözlənilir.