Moskvanın mərkəzində yerləşən restoranda baş vermiş partlayış nəticəsində ölənlərin sayı beş nəfərə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə "112" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, yaralananlardan daha iki nəfər xəstəxanada həyatını itirib. Hazırda altıdan çox yaralının vəziyyəti ağır qiymətləndirilir.
Bildirilib ki, hadisə yerində qurulan polis mühasirəsi artıq götürülüb.
Qeyd edək ki, avqustun 1-də Moskvanın Kudrinskaya meydanında yerləşən "Balzi Rossi" restoranında əldəqayırma partlayıcı qurğu işə düşüb.
Rusiya Milli Antiterror Komitəsinin məlumatına görə, partlayıcı qurğunu restorana naməlum qadın keçirməyə cəhd edib. Mühafizəçi onun qarşısını kəsərkən partlayış baş verib. Hadisə nəticəsində qadın, mühafizəçi və restorana gələn bir nəfər hadisə yerində həlak olub.