
Mühafizəkarlardan ilginc addım: Bu səslərin parçalanmamasına xidmət edir -RƏY
09:22 27.06.2024
Dünya
575
İran prezidentliyinə 6 namizəddən biri - İranın vitse-prezidenti, mühafizəkar siyasi cərəyana mənsub Seyid Əmir Hüseyn Qazizadə Haşimi namizədliyini geri götürüb.
Bu barədə İran mediası məlumat yayıb.
O, qələbə şansı yüksələn Məsud Pezeşkianın qarşısını almaq üçün mühafizəkarların müraciətindən sonra geri çəkilib.
“Qüvvələrin birliyini qorumaq, İnqilab Cəbhəsini gücləndirmək üçün İnqilabçı Qüvvələrin Konsensus Ali Şurasının və bəzi alimlərin yazılı müraciətinə cavab olaraq seçki yarışlarını davam etdirməkdən imtina edirəm”, - Qazizadə yaydığı bəyanatda bildirib.
Qazizadə Haşiminin namizədliyini geri götürməsi Xameneinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəliliyə dəstək məqsədi daşıyır.
Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a söyləyib ki, Qazizadənin Prezidentlik uğrunda yarışmadan imtina etməsinin Məsud Pezeşkianın nüfuzunun artması ilə ciddi əlaqəsi yoxdur:
“Çünki söhbət rejimin daha iki güclü namizədi-Səid Cəlili və Məhəmməd Baqir Qalibafın arasındakı gedən yarışdan gedir. Vitse-prezident Qazizadə Haşimi vəziyyəti dəyərləndirərək Səid Cəlilini və yaxud Qalibafı gücləndirmək üçün belə addım atdığını bildirir. Əslində Haşimi də daxil olmaqla digər namizədlərin hamısı mühafizəkar xəttin nümayəndəsidir. Burada yeganə islahatçı yönümlü sayılan Məsud Pezeşkiyandır. Keçmiş Prezident Məhəmməd Xatəmi və müəyyən islahatçı düşüncə sahibləri Pezeşkiyanı müdafiə etdiklərini bildirirlər. Amma seçkinin taleyini bir qayda olaraq SEPAH, Bəsici, dövlət məmurları və hakimiyyət daxili mühafizəkar xəttin tərəfdarları həll edirlər. Ona görə də Pezeşkiyanın seçkilərdə qalib gəlmə şansı çox azdır. gələcək hökümətdə Qazizadə vitse-prezident kimi təmsil oluna bilər”.

Ekspert qeyd edib ki, mühafizəkarların səsinin parçalanmaması üçün bu addım atıla bilər:
“Ötən seçkilərdə də bir neçə gün qalmış namizədlər istəklərindən əl çəkdilər. Yəni, belə addımlar səslərin parçalanmamasına xidmət edir. Ancaq atılan addımın Pezeşkiyanla əlaqələndirilməsi Cənubi Azərbaycan türklərinin seçkiyə cəlb olunması üçün düşünülüb. Türklər seçkiləri baykod edirlər, çünki belə seçkilərin onların milli haqqlarının təmin olunmasına xeyri olmur. Türklər əvvəldən milli haqqlarının Prezidentlər tərəfindən təmin olunması ilə bağlı addımların atılması təqdirində seçki kompaniyasına qatılacaqlarını deyiblər. Amma Prezidentliyə namizədlərin heç biri belə addımları atacaqlarını platformalarında işıqlandırmayıblar. Eyni zamanda, Tehranın meri Əlirza Zakani də seçkiylə bağlı namizədliyini geri götürüb. Çox güman ki, həmin şəxs də Səid Cəlili və Qalibafı dəstəkləyəcək. Sözügedən addım da hakimiyyət daxili münasibətlərdə mühafizəkarların səsini parçalamamaq üçün atılıb. Zakani Səid Cəlili və Məhəmməd Baqir Qalibafı birləşməyə, inqilabçı qüvvələri güclənməyə çağırıb. O bildirib ki, Həsən Ruhani hökümətinin yaranmasına icazə vermək olmaz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya
Uşaqlarda qulaq ağrısını kiçik saymayın: İltihabının əlamətləri
10:15 01.11.2026
Sağlamlıq
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
09:56 01.11.2026
Dünya
Səfir: Danimarka ABŞ üçün internet trafikini ələ keçirir
09:21 01.11.2026
Dünya
Avropanı bürüyən "YANĞIN" Trampı narahat etdi
09:09 01.11.2026
Gündəm
"Substansiya" filminin ulduzu üç illik evliliyini bitirir
08:53 01.11.2026
Şou
Yaşlanmağı qəbul eləmək 7 il ömrü uzadır
08:34 01.11.2026
Sağlamlıq
Kimin evində varsa, bəxti gətirdi
08:07 01.11.2026
Ölkə