NATO Baş katibi Rusiya ilə nüfuz dairələrinə dair konfransın keçirilməsinə qarşı çıxıb
10:03 19.12.2021
Dünya
826
NATO Baş katibi Yens Stoltenberq Rusiya ilə nüfuz dairələrinin müəyyənləşdirilməsinə dair konfransın keçirilməsi ideyasına qarşı çıxıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, NATO Baş katibi “Journal de Dimanche-ə verdiyi müsahibədə Rusiyanın məlum ideya ilə bağlı təklifini NATO üçün geri addım adlandırıb: “Böyük dövlətlərin qonşularının nə edə və ya edə bilməyəcəyinə nəzarət edə biləcəyi təsir zonalarını yenidən müzakirə edəcəyimiz yeni konfransın keçirilməsi ideyası bizim üçün geri addım olardı və bu, yəqin ki, yanlış istiqamətdir”.
Əvəzində NATO-nun baş katibi Moskva ilə etimadın möhkəmləndirilməsi, silahlara nəzarət, təlimlərin şəffaflığının təmin edilməsi və gərginliyin azaldılması məsələlərini müzakirə etməyin tərəfdarı olduğunu bildirib.
Qeyd edək ki, bundan əvvəl Stoltenberq Ukraynanın NATO-ya üzvlüyü perspektivlərinin müzakirəsi kontekstində Rusiyanın özünün “təsir dairəsi”nə hüququnun olmadığını söyləmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət