Nazir: “İsrailin dəstəyi ilə Kibertəhlükəsizlik Mərkəzi yaxın vaxtlarda işə başlayacaq”
Yusif Nəzərli
09:14 17.11.2022
Dünya
450
“İsrailin dəstəyi ilə Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzi yaxın vaxtlarda fəaliyyətə başlayacaq, burada informasiya texnologiyaları sahəsində mütəxəssis və təlimçilər yetişdiriləcək”.
“Report” xəbər verir ki, bunu Bakıda İslam Əməkdaşlığı Gənclər Forumunun (ICYF), İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumunda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
“Mərkəz İsrailin “Technion” Universiteti ilə bağlanmış müqavilə əsasında yaradılır. Virtual məkanla bağlı bizim həyata keçirdiyimiz önəmli layihələrdən biri kibertəhlükəsizliklə bağlıdır. Burada söhbət həm ölkənin, həm də özəl kiçik və orta sahibkarlıq subyektlərinin kibertəhlükəsizliyindən gedir. Yaxın 3 il ərzində Azərbaycan bazarına yüksək ixtisaslı mütəxəssislər və təlimçilər buraxacaq mərkəzin yaradılması ilə bağlı qərar var və yaxın zamanlarda bu mərkəz işi başlayacaq”, - o deyib.
“Azərbaycan Prezidenti gənclərin gələcəyinə inanır və bu gənclik gələcəkdə öz potensialını realizə edə bilməsi üçün əlindən gələni edəcək”, - nazir əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi