“NATO-nun Ankarada keçirilən zirvə görüşündə Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları Ukrayna ilə bağlı vahid mövqedən çıxış etdilər. Hətta ABŞ Prezidenti Donald Tramp Ukraynada "Patriot" hava hücumundan müdafiə raket sistemlərinin istehsalı üçün lisenziya veriləcəyini qeyd etdi. O, eyni zamanda Ukraynaya yeni raketlərin veriləcəyini və Rusiyaya qarşı sərt sanksiyaların tətbiq olunacağını da vurğuladı”.
Bunu Sherg.az-a Milli Cəbhə partiyasının başqanın müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
O, qeyd edib ki, sonrakı proseslər fərqli mənzərə ortaya qoydu:

“ABŞ Konqresində Rusiyaya qarşı sərt sanksiyalar nəzərdə tutan qətnamənin qəbuluna Donald Tramp mane oldu və bildirdi ki, həmin sənəddə İranla bağlı müddəalar da yer almalıdır. Bununla da Rusiyaya qarşı sərt qətnamənin qəbuluna imkan verilmədi. Zelenskinin ABŞ səfərindən sonra Donald Tramp bir daha bəyan etdi ki, Ukraynaya yeni silahlar veriləcək. Ancaq diqqət yetirsək, Benyamin Netanyahunun ötən həftə ABŞ səfərindən sonra Konqresdə Rusiyaya qarşı sərt sanksiyalar məsələsində vəziyyət dəyişdi. Həmçinin Donald Tramp "Patriot" raket sistemlərinin Ukraynada istehsalı üçün lisenziya verilməyəcəyini elan etdi. Bu onu göstərir ki, Benyamin Netanyahunun sözügedən məsələdə müəyyən təsiri olub. Burada yəhudi lobbisinin də rolu ola bilər. Hətta Benyamin Netanyahunun Putin ətrafında olan şəxslərə qarşı sanksiyaların qarşısının alınmasında rolu olub. Bu baxımdan, Rusiyanın yəhudi lobbisi ilə sıx işlədiyi və Benyamin Netanyahu vasitəsilə Ukraynada "Patriot" sistemlərinin istehsalına dair lisenziyanın verilməsinin, eləcə də Konqresdə Rusiyaya qarşı sərt qətnamənin qəbulunun qarşısını alması istisna deyil”.
Politoloq qeyd edib ki, ABŞ dövlət katibi Mark Rubio bəyan edib ki, Vaşinqton Ukrayna ilə Rusiya arasında vasitəçi rolunu oynaya bilər:
“ Vasitəçilik isə Rusiyanın maraqlarına uyğun bir prosesdir. Bu onu göstərir ki, Rusiya yəhudi lobbisinin təsiri vasitəsilə özünə qarşı sərt sanksiyaların Konqresdən keçməsinin qarşısını almağa, Ukraynada "Patriot" sistemlərinin istehsalına dair lisenziyanın verilməsini əngəlləməyə, həmçinin ABŞ ilə Avropa arasında Ukrayna məsələsində formalaşmış vahid mövqedə müəyyən fikir ayrılıqları yaradır. Bu isə, Moskvanın Ukrayna ilə bağlı siyasi maraqlarına uyğundur”.