Göyərtəsində 32 nəfərin oldu]u Nigeriya Hərbi Hava Qüvvələrinə məxsus ATR-42 təyyarəsi Ondo ştatında qəzaya uğrayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Vanguard" qəzeti məlumat yayıb.
Təyyarə Ondo ştatının İqbokoda şəhəri yaxınlığında qəzaya uğrayıb. Göyərtədəki 25 sərnişin və yeddi heyət üzvünün taleyi hələ də məlum deyil.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir.