Norveç Danimarka, Almaniya və Kanada ilə birlikdə Ukrayna üçün ABŞ-dən "Patriot" zenit raketləri sifariş edəcək.
"Report" xəbər verir ki, bu barədə Norveç hökuməti məlumat yayıb.
"Sifarişin NATO-nun qabaqcıl Amerika hərbi avadanlıqlarının Ukraynaya maliyyələşdirilməsi və tədarükünün əlaqələndirilməsi üzrə PURL proqramı vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Bu, hava hücumundan müdafiəni də əhatə edir", - məlumatda deyilir.
Həmçinin qeyd olunub ki, bu raketlərin bəzilərinin çatdırılma müddəti uzun olduğuna görə Norveç Ukraynaya sürətli tədarük üçün "Patriot" raketlərini onlara artıq sahib olan ölkələrdən almağı da planlaşdırır.
"Norveç həmçinin Ukraynanın hava hücumundan müdafiəsinə 3 milyard Norveç kronu (306,3 milyon ABŞ dolları) ayırır", - məlumatda bildirilib.