Pakistan "Şahin-III" ballistik raketini uğurla sınaqdan keçirib

Pakistan “Şahin-III” uzaqmənzilli “yer-yer” ballistik raketini uğurla sınaqdan keçirib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsindən bildiriblər.

"Sınaqların məqsədi silah sisteminin müxtəlif konstruktiv və texniki parametrlərini yenidən sınaqdan keçirmək olub", - deyə açıqlamada deyilir.

"Şahin-III" raketi nüvə və adi döyüş başlıqlarını daşımaq qabiliyyətinə malikdir. Onun uçuş məsafəsi 2750 kilometrdir.