Papanın narkotiklərlə mübarizəyə dair mesajı: "Mən çoxlu faciəli hekayələr bilirəm"
Yusif Nəzərli
19:44 26.06.2024
Dünya
501
Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk bəyan edib ki, bəzi ölkələrdə olduğu kimi narkotiklərin qanunla liberallaşdırılması asılılıq ilə mübarizə yolu deyil.
Sherg.az xəbər verir ki, Vatikanda həftəlik ümumi qəbul iclasını keçirən Papa bu gün “26 İyun Ümumdünya Narkotiklərdən İstifadə və Ticarətlə Mübarizə Günü” olduğu üçün çıxışını bu mövzuya həsr edib.
"Narkomanlar və onların ailələri haqqında çoxlu faciəli hekayələri bildiyim üçün əminəm ki, bu təhlükəli maddələrin istehsalına və ticarətinə son qoymaq mənəvi borcdur", - Papa Fransisk deyib.
Papa bəyan edib ki, narkotikdən istifadə cəmiyyətləri yoxsullaşdırır və cəmiyyətin bütün təbəqələrinə ciddi ziyan vurur.
Narkotik istifadəsinin qanunlarla liberallaşdırılmasının mübarizə yolu olmadığına diqqət çəkən Papa Fransisk, "Bəzi ölkələrdə təklif edildiyi və ya hal-hazırda tətbiq olunduğu kimi narkotik istifadəsinin liberallaşdırılması ilə narkotik asılılığının azalmasına nail olmaq mümkün deyil" deyə bildirib.
Papa iddia edir ki, narkomaniyaya qarşı “profilaktika yolu ilə” mübarizə aparılmalıdır.
Katoliklərin ruhani lideri vurğulayıb ki, onlar bu vəziyyətə biganə qala bilməzlər, çünki dünyada milyonlarla insan narkomaniya ilə üzləşir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edilib
14:16 07.09.2026
Gündəm
“Mexiko” sözünü sildi, “Amerika” yazdı - Trampdan yeni xəritə şousu
13:37 07.09.2026
Dünya
Kobaxidze istefa verməyə hazırlaşmadığını bildirib
13:22 07.09.2026
Region
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
13:16 07.09.2026
Gündəm
Məsud Pezeşkian: Məni öldürsələr...
13:11 07.09.2026
Dünya
Sabah Bakıda yağış yağacaq
12:46 07.09.2026
Ekologiya
İran nümayəndə heyəti ABŞ-yə səfər etmək istəyir
12:42 07.09.2026
Dünya
Zəngəzur dəhlizinə görə yeni güzəştlər olacaq
12:29 07.09.2026
Gündəm
İndoneziyada bazarda yanğın olub, 11 nəfər ölüb
12:23 07.09.2026
Dünya
Bloomberg: Avropada heyvan yemi qıtlığı yaranıb
11:50 07.09.2026
Dünya