Pentaqon Ukraynadakı dron müharibəsinin təcrübəsini öyrənir

ABŞ Silahlı Qüvvələri Ukraynadakı müharibədə pilotsuz uçuş aparatlarının tətbiqindən əldə olunan təcrübəni real vaxt rejimində öyrənərək öz hərbi strategiyasına inteqrasiya edir.

APA xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset Senatın komitə dinləmələrində bildirib.

Onun sözlərinə görə, ABŞ rəsmiləri Ukraynaya səfərlər edərək həm hücum, həm də müdafiə məqsədli dron istifadəsi ilə bağlı məlumatlar toplayırlar.

“Heç bir dərsi qaçırmamaq və bunu real vaxtda müdafiə və hücum əməliyyatlarımıza tətbiq etmək istəyirik”, – deyə Heqset vurğulayıb.