Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas müdafiə üzrə yüksək səviyyəli qrup yaratmaq planından imtina edib.
Sherg.az xəbər verir ki, “Politico”nun məlumatına görə, qərara Almaniya və İtaliyanın təzyiqi səbəb olub. Kallas bu təşəbbüsü sentyabrın 1-də İrlandiyada keçirilən Aİ müdafiə nazirlərinin görüşündə irəli sürmüşdü.
Təşəbbüsün əleyhdarları yeni qrupun Avropa Komissiyasının fəaliyyətini təkrarlaya və Aİ-nin müdafiə məsələləri üzrə komissarı Andrius Kubiliusun səlahiyyətləri ilə üst-üstə düşə biləcəyini bildiriblər.
Məlumata görə, Kallasa göstərilən təzyiqlər nəticəsində o, ayrıca müdafiə qurumu yaratmaq planından geri çəkilib.