
Politoloq: Bu yenidən Gürcüstanda "narıncı inqilab"ın baş verməsinə səbəb olacaq
13:33 02.08.2024
Dünya
837
ABŞ-dən Gürcüstan hökumətinə dayandırılmış maliyyə yardımı bu ölkənin QHT-ləri və mediasına dəstək üçün ayrılacaq. Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib. "Biz demokratiyanı, qanunun aliliyini, müstəqil medianı və iqtisadi inkişafı gücləndirməklə gürcü xalqının xeyrinə olan proqram və fəaliyyətləri dəstəkləməyə davam edəcəyik. Bəzi hallarda yardım proqramları resursların müəyyən sektorda çalışan QHT-lərə yönləndirilməsi üçün dəyişdirilə bilər”, - deyə o bildirib. Patel, həmçinin Gürcüstan hökumətini “Xarici təsirin şəffaflığı haqqında” qanunu və digər “problemli qanun layihələrini” geri götürərək “demokratik yola qayıtmağa” çağırıb. Qeyd edək ki, Avropa Birliyi də əvvəllər bəyan etmişdi ki, onlar hökumətə yardımı azaldacaq, vətəndaş sektoru və mediaya isə dəstəyi artıracaqlar.
Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Elşad Həsənov bildirib ki, Gürcüstanın Avropa İttifaqına üzvlüyə namizədliyi 2023-cü ilin dekabrında təsdiq olundu:
"Gürcüstanın Avropa İttifaqına tam üzv olması üçün onun qarşısına 9 şərt irəli sürülmüşdü. Lakin təəssüf ki, Gürcüstanda "xarici agentlər" haqqında qanun qəbul edildi. Bu qanunun qəbul olunması Gürcüstanda çoxsaylı etiraz və mitinqlərə yol açdı. Eyni zamanda Avropa İttifaqı liderləri və Amerikanın siyasi dairələrindən Gürcüstana təhdidlər gəldi ki, qanunu qəbul etməsinlər. Ancaq "Gürcü arzusu" partiyası qanunu icra etdi. Gürcüstan hökuməti istəyir ki, Qeyri Hökumət Təşkilatlarına ayrılan yardımlar şəffaf şəkildə olsun və Maliyyə Nazirliyindən qeydiyyatdan keçsin. Buna qarşı müxalifət ciddi etirazlarını bildirdi və Avropa İttifaqı 27 iyun tarixində yığışaraq Gürcüstanın birliyə üzvlük məsələsini dayandırdı. Eyni zamanda Gürcüstana ayrılan maliyyə yardımları da ləğv olundu. Xüsusilə də Avropa Sülh Fondundan Gürcüstan Müdafiə Nazirliyinə ayrılan 30 milyon avro da donduruldu. Bu yaxınlarda Amerika Gürcüstana ayırdığı 95 milyon dollara da qadağa qoyuldu. Eynilə Gürcüstanın əsas donor ölkəsi sayılan Almaniya da bütün yardımları dayandırdı. Daha sonra Fransadan Gürcüstana ayrılan yardımların ləğv olunduğunu bildirdilər”.

Ekspert qeyd edib ki, hazırda Avropa İttifaqı və Amerika tərəfindən Gürcüstana çoxlu təzyiqlər var:
“ABŞ Gürcüstanın hakim partiyasının rəhbərliyinə sanksiyalar tətbiq etdi. İndi isə həmin yardımların gürcü QHT-lərinə ayıracaqlarını bildirdilər. Bu isə yenidən Gürcüstanda "narıncı inqilab"ın baş verməsinə səbəb olacaq. Amma Gürcüstan Baş naziri dəfələrlə bildirib ki, biz Rusiyaya qarşı ikinci cəbhənin açılmasını yol verə bilmərik. Bu Gürcüstan dövlətinin məhvinə gətirib çıxara bilər. Doğrudan da Gürcüstan kiçik bir ölkədir. Onun Rusiyaya qarşı döyüşlərdə iştirak etməsi üçün hərbi potensialı yoxdur. Mən hesab edirəm ki, Gürcüstan bu addımı atmaqla düzgün qərar verdi və hökuməti parçalanmaqdan xilas etdi. 2008-ci il avqustun 8-də Rusiya Gürcüstan müharibəsi başladı. Qısa müddət ərzində Rusiya Abxaziya və Cənubi Osetiyanı işğal etdi. Həmin zaman da Qərb və Amerika Gürcüstana köməklik göstərmədilər. Gürcüstana yardım edilsə idi bəlkə də indi Ukrayna-Rusiya savaşı olmayacaqdı. Gürcüstanda oktyabrın 26-da keçiriləcək seçkilərdə hakim partiya qələbə çalması çətindir. Çünki həm Amerika, həm də Avropa İttifaqı müxalifəti dəstəkləyir və maliyyələşdirir. Buna görə də indiki hakimiyyət müəyyən mənada çətinliklər qarşısındadır. Hesab edirəm ki, bu müddət ərzində İvanaşvili və onun tərəfdarları əhali arasında ciddi iş aparmalıdırlar. Xüsusilə də əhalinin yoxsul kütləsinin işlə təmin olunması və pensiyanın artırılması istiqamətində addımlar atsalar, xaricdən maliyyələşən müxalifətlə ciddi mübarizə apararlar. İvanaşvilinin "xarici agentlər" haqqında qanunu ABŞ-nin təzyiqi ilə geri çəkməsi onların nüfuzuna ciddi zərbə olar. Ona görə də yaxın zamanlarda Gürcüstanda vəziyyət daha da gərginləşəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol