Politoloq: Hörmüz boğazının bağlanması birjalarda kütləvi sarsıntı yaradacaq
13:34 23.06.2025
Dünya
445
Çin İranın Hörmüz boğazını bağlamasına qarşıdır
İran və İsrail arasında baş verən gərginlikdən sonra Hörmüz boğazına mümkün zərbələrin endirilməsi ehtimalı İranın xarici işlər naziri Abbas Araqçi ilə müzakirə edilib. Bu barədə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Jiakun brifinq zamanı məlumat verib. Onun sözlərinə görə, insident baş verdikdən dərhal sonra Çin və İranın xarici işlər nazirləri arasında telefon danışığı baş tutub. Çin tərəfi yaranmış vəziyyətlə bağlı İranla təmaslarını davam etdirir. Quo Jiakun əlavə edib ki, Çin regionda gərginliyin azaldılmasında maraqlıdır və bu məqsədlə İran və digər maraqlı tərəflərlə əlaqələrin gücləndirilməsini dəstəkləyir.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a söyləyib ki, İran Çinlə təmaslarını davam etdirir:
“Bu müddət ərzində Çindən İrana müəyyən qədər real dəstəyin gəldiyinin şahidi oluruq. Hətta bəzi peyk görüntülərdən də bəlli olur ki, Çindən İrana müəyyən yüklər daşınır. Güman olunur ki, Çin ABŞ-nin İran üzərinə ciddi şəkildə getməsini istəmir və eyni zamanda İranın Hörmüz boğazını bağlamasına qarşı çıxır. Yəni, heç bir halda Çin bölgədə vəziyyətin gərginləşməsinin tərəfdarı deyil. Çünki İsrail-İran qarşıdurmasının başlaması Çinin qlobal əhəmiyyətli layihələrinin qarşısını ala bilər. Nəticədə də Çin mühüm tranzit yollarından məhrum ola bilər. Eyni zamanda Çin müəyyən miqdarda İrandan neft və təbii qaz alır. Gərginlik səbəbilə isə bu tədarükdə də ciddi problemlər yaşanır. Ümumiyyətlə müharibə rəsmi Pekinin iqtisadi vəziyyətinə və qlobal layihələrinə ciddi təsir göstərəcək məsələdir. Həmçinin Çin İranın Hörmüz boğazını bağlamasına qarşı çıxır. Çünki Hörmüz boğazının bağlanması fond birjalarında kütləvi şəkildə sarsıntı yaradacaq bir hadisədir. Eyni zamanda bu, enerji resurslarının qiymətlərinin qəfil və kəskin şəkildə artmasına səbəb olacaq. Buna görə də Çin hökuməti bununla razılaşmaq istəmir. Ehtimal ki, Tehranla Pekin arasında bu istiqamətdə məsləhətləşmələr davam edəcək. İki və çoxtərəfli görüşlərin keçirilməsi, yəni Çin-İran məsləhətləşmələrinin bölgəyə təsiri, xüsusilə də Hörmüz boğazının bağlanması ehtimalını yubada bilməsi əhəmiyyətli amil kimi qiymətləndirilə bilər. Lakin Çinin sözü ilə ABŞ və İsrailin İrana qarşı təzyiqlərinin dayanacağı inandırıcı görünmür. Yəni Çin ABŞ və İsrailə təzyiq göstərmək gücündə deyil. Bu yalnız müəyyən diplomatik bacarıq səviyyəsində mümkündür. Amma İran üzərində Çin müəyyən təzyiq imkanlarına malikdir və bu, Hörmüz boğazının bağlanmasının qarşısını almaqda rol oynaya bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi