
Politoloq: Türkiyə İraqla sərhəddə uzunmüddətli möhkəmləndi
Politoloq: Türkiyə İraqla sərhəddə uzunmüddətli möhkəmləndi
Yusif Sultanoğlu
07:11 01.05.2024
Dünya
517
Mümkündür ki, gələcəkdə bənzər razılaşma Suriya ilə də əldə olunsun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 12 il sonra İraqa etdiyi səfər və səfər zamanı imzalanan 30-a yaxın hökumətlərarası sazişdən bəzilərinin detalları məlum olub. Belə ki, İraq Sərhəd Qoşunları 30 ildən sonra ilk dəfə Türkiyə sərhədindəki Zaho rayonunda iki hərbi baza qurub. Bundan başqa İraqla bağlanan müqaviləyə görə türk ordusu İraqla sərhəd boyunca 300 km, dərininə isə 40 km bir ərazini qalıcı olacaq şəkildə istifadə edə biləcək. Başqa sözlə desək, Türkiyə həm də bu ərazilərdə hərbi baza yaratmaq imkanı əldə edib. Ekspertlərə görə, əldə edilən razılaşma həm Türkiyə, həm İraq, həm də Kürdüstan müxtariyyəti üçün müsbətdir.
Politoloq Turan Rzayev "Sherg.az"a seyib ki, Zaho rayonunda qurulan iki hərbi baza mühümdür. Analitikə görə, iki ölkə PKK, PYD və YPG, habelə radikal qruplaşmaların fəaliyyətindən narahatdır:

"PKK-nın əsas bazaları Hakurk, Metina, Qara və Zaho rayonlarında yerləşir. Yəni Zaho rayonunda qurulan iki hərbi baza və Türkiyə ordusunun bu rayonlarda rahat hərəkət edəcək olması faktiki olaraq əraziyə Ankara və Bağdadın nəzarət etməsini təmin edəcək. Regiondakı əksər dini radikal silahlı birləşmələri İran maliyyələşdirir. Rəsmi Ankara və Bağdad Tehranın bu fəaliyyətlərindən ciddi narahatdır. İraqın şimalı isə bu silahlı birləşmələrə Tehranın yardım daşıdığı əsas regiondur. Əraziyə Türkiyə və İraqın birlikdə nəzarət etməsi Suriya, Livan və Fələstindəki radikal qruplaşmalara edilən yardımlara həm nəzarət imkanı yaradacaq, həm də lazım gəldikdə qarşısını almaq. Üçüncüsü, İraq təbii qazını Türkiyə vasitəsilə Avropa bazarına çıxarmaq və əlavə gəlir əldə etmək istəyir. Ankara da bu məsələdə maraqlıdır. Bu razılıqla ərazisinin təhlükəsizliyi təmin ediləcək və terror təşkilatlarına zərbə vurulacaq. Yəni gələcəkdə yeni layihələrin icrası mümkün olacaq. Mümkündür ki, Türkiyə gələcəkdə bənzər razılaşmanı Suriya ilə də əldə etsin. Tərəflər arasında son zamanlar qeyri-rəsmi səviyyədə də olsa təmaslar qurulur. Münasibətlərin normallaşması fonunda bu istiqamətdə razılıq əldə edilə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağ" Avstriya komandasını darmadağın etdi
22:30 27.06.2026
Futbol
İsveçrədə buzlaqların əriməsi rekord səviyyəyə çatıb
22:15 27.06.2026
Ekologiya
UFC: Nazim Sadıxov nakautla məğlub olub
22:05 27.06.2026
İdman
Ukraynaya "yaşıl işıq": Tramp bu razılaşmalardan imtina edir
21:47 27.06.2026
Dünya
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
21:44 27.06.2026
İdman
Ermənistan və İran 7,2 kilometrlik tunelin tikintisinə başladılar
20:43 27.06.2026
Region
Fransada dəhşətli istilər: 109 nəfər öldü..
20:14 27.06.2026
Dünya
Ukraynada daha iki gürcü könüllü həlak olub
19:53 27.06.2026
Dünya
CHP-dən 86 deputat başqa partiyaya keçəcək? - İDDİA
19:49 27.06.2026
Siyasət
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
19:32 27.06.2026
Hadisə
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
18:45 27.06.2026
Hadisə
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
18:32 27.06.2026
Dünya
Qanunsuz saxlanılan 9 tüfəng, 2 avtomat aşkarlandı
18:17 27.06.2026
Hadisə
Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır
17:50 27.06.2026
Mədəniyyət
Hörmüz boğazında tanker vurulub
17:48 27.06.2026
Gündəm