Politoloq: Türkiyə və digər müsəlman dövlətləri də nüvə silahı istehsal etməlidir
10:07 21.06.2025
Dünya
413
“Rusiya dünyada, o cümlədən İranda kütləvi qırğın (nüvə nəzərdə tutulur - red.) silahlarının yayılmasının əleyhinədir”.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Həmçinin Rusiya lideri qeyd edib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə (AEBA) İranın nüvə silahı yaratmağa cəhd etməsi barədə məlumat yoxdur.
Politoloq Əhəd Məmmədli Sherg.az-a bildirib ki, Putin demək istəyir ki, İran atom bombası istehsal etmir, onu niyə vurursuz?:
"Tehran bəyan edib ki, nüvə silahını yalnız təhlükəsizlik məqsədilə yaratmaq niyyətindədir. Üstəlik, bir çox ölkələr atom bombasına sahibdir, digərlərinə olmaz qanunu harada yazılıb? Əgər belədirsə, dünya ədaləti, beynəlxalq hüquqdan danışmamalıyıq. Bu gün İranda nüvə silahı olsaydı, İsrailin bu ölkəni vurmağa cəsarəti çatmazdı. Son illərdəki münaqişələr onu göstərdi ki, nə qədər çox ölkədə nüvə silahı, bir o qədər sülh, əmin-amanlıq deməkdir. Dünyada ən çox nüvə başlığı olan dövlətlərdən biri Rusiyadır. İranı sözdə müdafiə əvəzinə, ona silah verərək dəstəyini əməldə nümayiş etdirsin".
Politoloq qeyd edib ki, ABŞ vaxtilə İraqa, Əfqanıstana hücumu ilə beynəlxalq ədalətə ümumiyyətlə son qoydu:
"Hazırda isə Rusiya, İsrail həmin yolu davam etdirir. Odur ki, müsəlman ölkələri bütün bunlardan nəticə çıxarmalıdır. Başda Türkiyə olmaqla, nə qədər çox müsəlman dövləti nüvə silahı istehsal edərsə, təhlükəsiz cəhətdən güvəndə sayılarlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur