Politoloq: Ukrayna və Rusiya müharibəni davam etdirməyin mənasız olduğunu başa düşür
12:52 18.03.2025
Dünya
345
Ukrayna Rusiya ilə bağlanacaq sülh müqaviləsi çərçivəsində öz suverenliyini məhdudlaşdırmağa razı olmayacaq.
Bu barədə Ali Radanın Beynəlxalq siyasət komitəsinin rəhbəri Aleksandr Merejko BBC-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukrayna mümkün sülh müqaviləsi ilə bağlı sərt mövqe tutur və üç əsas “qırmızı xətt” müəyyənləşdirir.
Birincisi, Ukrayna heç bir ərazi güzəştinə razı olmayacaq və bu məsələ müzakirə olunmur. İkincisi, Ukraynanın NATO və digər beynəlxalq təşkilatlara üzvlüyü məsələsində Putin Ukrayna əvəzinə qərar verməməlidir. Üçüncüsü, Kiyev Putinin Ukrayna ordusunun azaldılması tələblərinə razı ola bilməz.
Tanınmış jurnalist, politoloq Fuad Abbasov “Sherg.az”a söyləyib ki, hər iki tərəf yetərli qədər itki verib və kifayət qədər təcrübə qazanıb:
“Ukrayna və Rusiya tərəfi müharibəni davam etdirməyin mənasız olduğunu başa düşür. Çünki Rusiyanın milyardlarla dövlət büdcəsini xərcləyərək hazırladığı təyyarə bombaları və hərbi təchizatını Ukrayna ilə müharibədə istifadə etməkdən çəkinir. Buna görə də Rusiya liderinin Ukraynanın silahsızlaşdırılması yönündə tələbləri təbii ki Kiyev tərəfindən qəbuledilməzdir. Çünki bu qədər qan tökdündən sonra Ukrayna hər cəbhədən müharibəni uduzmaqla üz-üzə qalacaq. Bütün bunlar isə Zelenski ilə bərabər Ukrayna ictimaiyyətinin də qarşı gəldiyi məqamdır. Ona görə də yalnız Ukraynanın Avropa Birliyi və NATO-ya üzvlüyü təxirə salmaq, eyni zamanda ələ keçirilən torpaqların saxlanılması şərtiylə sülh imzalana bilər. Rusiyanın buna razı olub-olmayacağı sual altındadır. Həmçinin Ukraynanın Krım daxil olmaqla Luqansk və Donetsk Rusiya tərəfindən ələ keçrilməsinə razı olacağı da bəlli deyil. Burada Donald Trampın nüfuzu işə yaraya bilər. Donald Tramp Rusiya və Ukrayna tərəfinə sanksiyalar və digər vasitələrlə təsir göstərməklə sülhün bağlanmasında maraqlı tərəflərin tələblərinə uyğun razılaşma imzalada bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:14 10.04.2026
Ekologiya
Generalın rəhbəri olduğu şirkətin əmlakı müsadirə olundu
16:42 10.04.2026
Cəmiyyət
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya