Polşanın baş naziri Lvova səfər edib

Polşanın Baş naziri Mateuş Moravetski bu gün Ukraynanın Lvov şəhərinə səfər edib.
Bu barədə Polşa Baş nazir aparatının rəhbəri Mixal Dvorçik bildirib.
“Polşa hökumətinin təşəbbüsü ilə ukraynalı qaçqınlar üçün konteyner şəhərcikləri yaradılır”, - deyə Dvorçik "Twitter"də yazıb.
“Onlardan birincisini bu gün Lvovda Baş nazir Mateuş Moravetski açıq elan edəcək”, - deyə o əlavə edib.
Mənbə: RİA Novosti