Məhkəmə Filippinin vitse-prezidenti Sara Duterte-Karpio barəsində adam öldürmə hədəsi ilə bağlı iş üzrə həbs qərarı verib.
Teleqraf xəbər verir ki, bu barədə onun vəkili Pol Lourens Lim məlumat verib.
Avqustun əvvəlində ölkənin Ədliyyə Nazirliyi vitse-prezidentə adam öldürmə hədəsi ilə bağlı üç maddə üzrə ittiham irəli sürüb. İddiaya görə, buna səbəb Duterte-Karpionun Prezident Ferdinand Markosun kiçik oğlu, həyat yoldaşı Liza Araneta Markos və Nümayəndələr Palatasının keçmiş sədri Martin Romualdesin ona qarşı ehtimal edilən sui-qəsdinin baş tutacağı təqdirdə onların öldürülməsi üçün bir nəfər tutduğunu deməsi olub.
Vitse-prezident bundan əvvəl bildirib ki, onun sözləri kontekstdən qəsdən çıxarılıb və sui-qəsdlə bağlı açıqlamaları yalnız öz təhlükəsizliyinə olan təhdidi vurğulamaq məqsədi daşıyıb.