Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə telefon danışığı aparıb.
Danışıqlar zamanı tərəflər Ukraynadakı münaqişəni, Yaxın Şərqdəki vəziyyəti, həmçinin İran ətrafında yaranmış böhranı müzakirə ediblər.
Sherg.az xəbər verir ki, Kremlin saytının məlumatına görə, görüşdə region ölkələrinin maraqları nəzərə alınmaqla siyasi və diplomatik dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb.
Putin Ukrayna böhranı ilə bağlı humanitar məsələlərdə göstərilən dəstəyə görə BƏƏ prezidentinə təşəkkür edib.
Tərəflər həmçinin ikitərəfli siyasi və iqtisadi münasibətlərin inkişafından məmnunluq ifadə edib və gələcəkdə də fəal əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.