Putin: Dünyada hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşib

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, dünyada hərbi-siyasi vəziyyət nəzərəçarpacaq dərəcədə mürəkkəbləşib, Yaxın Şərqdə ciddi böhran yaşanır və MDB ölkələrinin sərhədləri yaxınlığında yeni qeyri-sabitlik ocaqları yaranıb.

Sherg.az xəbər verir ki, Putin bu fikirləri MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin 58-ci iclasına müraciəti zamanı səsləndirib. O vurğulayıb ki, potensial daxili və xarici təhdidlərə qarşı mübarizədə analitik, operativ və texniki imkanlardan maksimum istifadə edilməli, məlumat mübadiləsi gücləndirilməlidir.

Rusiya lideri həmçinin terrorizm, ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq və kibercinayətkarlığa qarşı mübarizənin iclasın əsas mövzuları sırasında olduğunu qeyd edib.

Putin toplantının nəticələrinin iştirakçı ölkələrin təhlükəsiz və sabit inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.