Putin: Rusiya səmasının müdafiəsi üçün vahid komandan lazımdır

  • Rusiya Prezidenti hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsi məsələsini hərbçilərlə müzakirə etmək niyyətindədir

Rusiya səmasını Ukrayna Silahlı Qüvvələrinin hücumlarından qorumaq üçün vahid komandana ehtiyac var.

Sherg.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

Rusiya Prezidenti ölkənin hava məkanının düşmən hücumlarından müdafiə sisteminin təkmilləşdirilməsi məsələsini hərbçilərlə müzakirə etmək niyyətində olduğunu deyib. O, bu barədə “Vahid Rusiya” partiyasının Dövlət Dumasına seçkilərdə namizədlər siyahısının ilk beşliyinin üzvləri ilə görüşündə danışıb.

Görüşdə Sergey Lavrov, Sergey Sobyanin, Mariya Lvova-Belova, Yevgeni Poddubnı və Vladislav Qolovin iştirak ediblər.

Putinin sözlərinə görə, hava məkanının müdafiəsində müxtəlif strukturların fəaliyyətinin vahid komandanlıq altında birləşdirilməsi vacibdir.