Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Rusiya ərazisinə endirdiyi hücumların cavabsız qalmayacağını bildirib.
Sherg.az xəbər verir ki, Putin Moskvada keçirilən Rusiya Xalq Cəbhəsi Hərəkatının tədbirində çıxışı zamanı Rusiyanın hər zaman cavab zərbələri endirəcəyini vurğulayıb.
O, Ukraynanın Rusiya ərazisindəki neft emalı zavodları və neft anbarlarına hücumlarına toxunaraq bildirib ki, bu hücumlar müəyyən çətinliklər yaratsa da, ölkənin enerji sektoru möhkəmdir və vəziyyət zamanla normallaşacaq.
"Biz hər zaman cavab verəcəyik. Hücumlara layiqli cavab olacaq. Cavabımız daha güclü olacaq və qarşı tərəf bunu artıq hiss edir, gələcəkdə isə daha çox hiss edəcək", -deyə Putin bildirib.