Putinlə Bayden görüşəcək? - "Nə Rusiya, nə də ABŞ..."
Banuçiçək Kalbalıyeva
13:56 20.05.2021
Dünya
834
Rusiyanın xarici işlər naziri Sergey Lavrov rəsmi Moskvanın Rusiya prezidenti Vladimir Putinlə ABŞ rəhbəri Co Baydenin görüşünə razılıq verib-verməməsi barədə sualı zarafatla cavablandırıb. "Biz gömrükçü deyilik ki, razılıq verək", - deyə, nazir zarafatla bildirib. ABŞ-ın dövlət katibi Entoni Blinken isə yaxın həftələrdə Putin və Baydenin görüşü ehtimalını açıqlayıb. Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Baydenlə nə vaxt və harada görüşməsi ilə bağlı danışarkən “qəhvədə fala baxmamağı" təklif edib.
ABŞ prezidenti Co Bayden apreldə Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti zamanı ona üçüncü ölkədə təkbətək görüşməyi təklif edib. Amerika lideri sonra bildirib ki, görüş iyunda ola bilər. Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının sözlərinə görə, iki ölkə liderlərinin sammitinin əsas mövzusu strateji sabitlik olmalıdır.
Görünür, tərəflər ortaq məxrəcə gəlməkdə çətinik çəkirlər. MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə də bu fikirdədir. O, tərəflər arasındakı görüş barədə “Sherg.az”a danışdı:
“ABŞ və Rusiya arasında siyasi gərginlik davam edir. Rəsmi Vaşinqton Kremlə qarşı sanksiyalarını dayandırmır. Və bu, Ukrayna, Cənubi Qafqaz böhranlarında özünü göstərir.
Tərəflər arasında görüş olsa, münasibətlər dialoq formatında saxlanıla bilər. Lakin yaxın gələcək üçün bunu real hesab etmirəm.
Nə Rusiya, nə də ABŞ tutduğu mövqedən geri çəkilir. Hətta müzakirə predmeti də dəqiq məlum deyil. Yəni liderlər görüşə hazır deyillər.
Əlbəttə, istənilən görüş daha çox Rusiyaya lazımdır. Lakin Baydenin qarşı tərəfə tutduğu sərt mövqeyə görə Putin müzakirəyə o qədər də maraq göstərmir. Bu mənada yaxın gələcəkdə tərəflər arasında görüşün keçiriləcəyini düşünmürəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə