Qara dənizdə NATO-nun “Briz” adlı genişmiqyaslı hərbi-dəniz təlimləri başlayıb.
Sherg.az xəbər verir ki, Bolqarıstanın təşəbbüsü ilə keçirilən təlimlər bir ay davam edəcək və NATO komandanlığının dəstəyi ilə həyata keçiriləcək.
1996-cı ildən hər il təşkil olunan “Briz” təlimlərinin məqsədi müttəfiq ölkələr arasında əməliyyat uyğunluğunu artırmaq və Qara dəniz regionunda döyüş hazırlığını gücləndirməkdir. Ötən il təlimlərdə 14 ölkə iştirak edib.