Qazaxıstanda 46 trilyon dollar dəyərində yataqlar aşkar edilə bilər
Yusif Nəzərli
00:45 27.06.2024
Dünya
434
Qazaxıstanda 100-dən çox müxtəlif faydalı qazıntı üzrə 8000-dən çox yataq mövcuddur.
AZƏRTAC-ın məlumatına görə, bu barədə Almaniyanın “Markt und Mittelstand” jurnalına müsahibəsində Qazaxıstan Respublikasının sənaye və tikinti naziri Kanat Şarlapayev bildirib. Onun sözlərinə görə, müvafiq kəşfiyyat işləri aparılarsa, daha 5000 yatağın aşkar edilməsi mümkündür. “Onların ümumi dəyəri 46 trilyon dollar olaraq qiymətləndirilir”, - deyə nazir qeyd edib.
Kanat Şarlapayev bildirib ki, indiyədək Asiya və Mərkəzi Asiyadan olan malların əksəriyyəti Rusiya vasitəsilə daşınıb. Bu marşrut mövcuddur və hələ də istifadə olunur.
“Lakin biz malların və xammalın Avropaya çatdırılmasını daha etibarlı etməkdə çox maraqlıyıq", - deyə o vurğulayıb.
Nazir bildirib ki, Avropa İttifaqı və digər ölkələr tərəfindən təşviq edilən Transxəzər nəqliyyat dəhlizi Mərkəzi Asiya ilə Avropa arasında xammal və digər malların Rusiyanı və İranı keçmədən 15 gündən az müddətdə daşınmasını nəzərdə tutur.
“Eyni zamanda, layihə Avropa və Mərkəzi Asiya arasında bilik və innovasiyaların mübadiləsi üçün dəhliz kimi xidmət etməlidir”, - deyə o məlumat verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edilib
14:16 07.09.2026
Gündəm
“Mexiko” sözünü sildi, “Amerika” yazdı - Trampdan yeni xəritə şousu
13:37 07.09.2026
Dünya
Kobaxidze istefa verməyə hazırlaşmadığını bildirib
13:22 07.09.2026
Region
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
13:16 07.09.2026
Gündəm
Məsud Pezeşkian: Məni öldürsələr...
13:11 07.09.2026
Dünya
Sabah Bakıda yağış yağacaq
12:46 07.09.2026
Ekologiya
İran nümayəndə heyəti ABŞ-yə səfər etmək istəyir
12:42 07.09.2026
Dünya
Zəngəzur dəhlizinə görə yeni güzəştlər olacaq
12:29 07.09.2026
Gündəm
İndoneziyada bazarda yanğın olub, 11 nəfər ölüb
12:23 07.09.2026
Dünya
Bloomberg: Avropada heyvan yemi qıtlığı yaranıb
11:50 07.09.2026
Dünya