Qərb boy göstərdi
Turan
13:40 15.06.2021
Dünya
6142
Rusiya regiondakı proseslərlə ayaqlaşa bilmir
"Moskva hələlik bütün cəhdini Paşinyanı uduzdurmaq, ən azından seçkidən zəif çıxartmaq üçün “xərcləyir”
“Qərbin Cənubi Qafqazda fəallaşması hiss olunur. Son olaraq ABŞ dövlət katibinin müavininin Bakıya səfəri, ardınca mina xəritəsinin verilməsi bunun göstəricisidir”. Bu barədə araşdırmaçı-jurnalist, siyasi şərhçi Kənan Rövşənoğlu deyib. Ekspert bildirib ki, çox güman ki, təşəbbüsü ələ almaq istiqamətində cəhdlər davam edəcək:
“Ən maraqlısı isə Rusiyanın mövqeyidir. Hiss olunur ki, Rusiya proseslə ayaqlaşa bilmir. Paşinyanın mina xəritələrini Rusiyaya verməsi ilə bağlı açıqlaması “İsgəndər” raketləri ilə bağlı qışda verdiyi açıqlama kimi Rusiyaya zərbədir. Moskva isə hələlik bütün cəhdini Paşinyanı uduzdurmaq, ən azından seçkidən zəif çıxartmaq üçün “xərcləyir”.
Əgər bazar günü Paşinyan qalib gəlsə, Rusiya üçün ciddi mövqe itkisi olacaq. Çünki açıq-aşkar görünən odur ki, müharibədən sonrakı dövrdə Moskva bütün gücünü daha çox Ermənistanı əlində saxlamaq üçün xərclədi, Azərbaycanı qazanmaq üçün faktiki olaraq heç bir cəhd etmədi. Sülhməramlıların fəaliyyəti, “İsgəndər” raketləri qalmaqalı Rusiyanın Azərbaycan ictimai rəyində mövqeyini daha da zəiflətdi.
Halbuki, müharibədən sonra tərəfsizliyini qorumaq və Azərbaycanda nüfuzunu artırmaq imkanı vardı. Ötən 7-8 ay ərzində Moskva ədalətli arbitr kimi yox, iki dava edənlərdən birinin “ağsaqqalı” kimi çıxış etdi.
Yəni Türkiyə Azərbaycanın, Rusiya da Ermənistanın himayəçisi rolunu oynadı. İndi isə Qərb meydana gəlib və aradakı yaranmış boşluğu özü doldurmağa çalışır”.
Jurnalist vurğulayıb ki, Moskvanın Minsk qrupunu diriltmək cəhdi onun üçün risklidir: “Moskva bununla Azərbaycan qarşısında məsuliyyətini azaltmaq, cavabdehliyi beynəlxalq birliyin üzərinə atmağa çalışdı. Amma Qərbin bu fürsətdən istifadə edə biləcəyi riskini tam qiymətləndirmədi. Qərb fürsətdən istifadə edərək yaranmış boşluğa daxil olur.
Cənubi Qafqazda çox mürəkkəb diplomatik oyun gedir. Hələlik Azərbaycan oyunu pis oynamır. Ciddi siyasi təcrübəsi olan ölkələrlə qarşı-qarşıya olsaq da, Bakının diplomatik gedişləri effektivdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda ilk dəfə Beynəlxalq Tanqo Festivalı keçirilib
01:44 21.06.2026
Mədəniyyət
Şahbaz Şərif ABŞ-İran danışıqları üçün İsveçrəyə səfər edib
01:05 21.06.2026
Gündəm
Şotlandiyada baltalı şəxs hücum etdi: yaralılar var
00:31 21.06.2026
Dünya
Polşa Prezidenti: Zelenski bizim "qırmızı xəttimiz"i keçib
23:40 20.06.2026
Dünya
DÇ-26: Niderland İsveçi darmadağın etdi
23:21 20.06.2026
Futbol
Gəncədə 67 yaşlı qadının meyiti tapıldı
22:32 20.06.2026
Hadisə
Ağstafaya dolu düşdü
22:21 20.06.2026
Ekologiya
Müharibə əsla dayanmayacaq, İsrail bu razılaşmanı pozacaq - ŞƏRH
21:56 20.06.2026
Gündəm
"Qarabağ"ın oyununda yeddi qol vuruldu
20:57 20.06.2026
Futbol
AYB-nin Mingəçevir bölməsinin sədri vəfat edib
20:46 20.06.2026
Ədəbiyyat
Urmiya gölündə son vəziyyət: 18 dəfə artım...
20:27 20.06.2026
Region
Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayır
20:14 20.06.2026
Cəmiyyət
ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazının açıq olduğunu iddia edir
19:59 20.06.2026
Gündəm
Azərbaycana turist axını azaldı
19:44 20.06.2026
İqtisadiyyat
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İsveçrəyə yola düşüb
19:23 20.06.2026
Gündəm