Qərb Rusiyada keçiriləcək seçkilərlə bağlı tamamilə yolverilməz addımlar atır - Rusiya XİN

Qərb Rusiyada Dövlət Dumasına keçiriləcək seçkilərlə bağlı tamamilə yolverilməz addımlar atır.

Sherg.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Biz seçkilər mövzusu barədə ətraflı danışacağıq. Qərb nümayəndələrinin Rusiyanın qanuni seçkilərinin keçirilməsi ilə bağlı həyata keçirməyə çalışdıqları addımlar onların adi praktikasının bir hissəsidir və tamamilə yolverilməzdir”, - Zaxarova brifinq zamanı deyib.

Rusiya Federal Məclisinin IX çağırış Dövlət Dumasına deputat seçkiləri Prezident Vladimir Putinin 16 iyun 2026-cı il tarixli fərmanı ilə sentyabrın 20-nə təyin edilib.

Seçkilərlə bağlı məlumatlar Rusiyanın Mərkəzi Seçki Komissiyasının rəsmi internet saytında yerləşdirilib.