Qərbin Türkiyəyə ehtiyacı var: “Avropanın təhlükəsizlik qapısıdır”
Banuçiçək Kalbalıyeva
12:25 03.06.2021
Dünya
697
“Türkiyə və ABŞ münasibətləri sıradan iki ölkə arasında olan münasibətlərdən fərqlənir. Hər iki ölkə həm günümüzün əsas regional və dünyəvi söz sahibi dövlətləridir, həm də Türkiyə an etibarilə ABŞ-dan müəyyən sahələrdə zəif olsa da, özünün zəngin tarixi ilə regionun ən maraqlı ölkəsidir. Eləcə də Türkiyənin son zamanlardakı hərbi-texniki və hərbi-siyasi uğurları onun əlini daha da gücləndirib”.
Bu sözləri ABŞ prezidenti Co Baydenlə Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında iyunun 14-də keçiriləcək görüş barədə “Sherg.az”a danışan hərbi-siyasi ekspert Həşim Səhrablı deyib.
O, həmçinin görüşün nəticələri barədə proqnozlarını bölüşdü:
“Eyni zamanda unutmamaq lazımdır ki, Türkiyə Şərqin güclü ölkələri içində siyasi idarəetmə baxımından demokratik dəyərlərə sahib əsas ölkədir və Çin, Rusiya, İran kimi imperial maraqlı ölkələrə qarşı mübarizədə digər imperial blok olan Qərbin əsas tərəfdaşıdır. Həm də Qərbin əhəmiyyətli dərəcədə Türkiyəyə ehtiyacı var. Türkiyə Avropanın təhlükəsizlik qapısıdır. ABŞ və Türkiyə arasında münasibətlərin soyuqlaşma səbəbləri də bəllidir. Türkiyə artıq öz maraqlarını tələb edir və bu, heç bir güc mərkəzində xoş qarşılanmır. Bayden və Ərdoğan görüş zamanı mütləq maraqlar məsələsini müzakirə edəcəklər. ABŞ öz gücündən təzyiq vasitəsi kimi yararlanaraq Türkiyəni maksimum şəkildə öz mənafeyi üçün neytrallaşdırmağa çalışacaq. Ancaq bu nöqtədə Ərdoğanın bir neçə gün əvvəlki açıqlamaları Türkiyənin güzəştlər məsələsində həssas olduğunu söyləməyə əsas verir. Xatırlayırsınızsa, Ərdoğan bundan əvvəl də demokratlardan olan Corc Buş və Barak Obama iqtidarı ilə yaxşı əlaqaləri olduğunu xatırladıb hazırkı prezidentlə də eyni gələcəyi gözlədiklərini demişdi. Ərdoğan Buş və Obama qarşısında Türkiyənin maraqlarına zidd addım atmadığı üçün deyə bilərik ki, nə ABŞ, nə Türkiyə bu görüşdə də əvvəlki münasibətlər prizmasında qalacaqlar. Münasibətlərin qəfil, ancaq bir görüşlə mülayimləşməsi gözlənilmir. Lakin bu da reallıqdır ki, Türkiyə və ABŞ münasibətləri heç vaxt təmiz pozula və sıfırlana bilməz. Hər iki ölkənin maraqlarına uyğun məsələlərdə ortaq addımlar atılacaq, zidd məsələlərdə isə rəqabət əvvəlki kimi davam edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə