Qırğızıstan İrana 129 ton humanitar yardım çatdırıb

Qırğızıstan İrana humanitar yardım göndərib.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Humanitar yardım Türkmənistan sərhədində yerləşən Seraxs şəhərinin merinə təhvil verilib. İran Qırğızıstana göstərilən yardıma görə minnətdarlığını bildirib və çətin vəziyyətdə bunun əhəmiyyətini vurğulayıb.

Ümumilikdə Qırğızıstandan İrana 129 ton humanitar yardım çatdırılıb.