Qırğızıstan Prezidenti: Elə bir kitab yazacağam ki, bestseller olacaq
15:58 08.10.2025
Dünya
423
Qırğızıstan Prezidenti Sadır Japarov 2020-ci ilin oktyabr hadisələri haqqında xatirələr yazacağını və kitabın bestsellerə çevriləcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan KİV məlumat yayıb.
“O günlərdə baş verənləri təfərrüatı ilə danışsam, çox vaxt aparacaq. Daha sonra xatirələr yazacağam. “Siyasətdə 10 il” adlı kitabımın davamını çap etdirəcəyəm. 2015-ci ildən bəri baş verən hadisələrdən, o cümlədən həbsxanada olduğum müddətdən bəhs edəcəyəm, siz çoxlu maraqlı və təəccüblü şeylər öyrənəcəksiniz”, - Sadır Japarov bildirib.
2020-ci il oktyabr hadisələri — Qırğızıstanda 2020-ci ilin 4 oktyabrında keçirilmiş parlament seçkilərinin nəticələrinə etiraz olaraq baş vermiş genişmiqyaslı etiraz aksiyaları, iğtişaşlar və siyasi böhran idi. Bu hadisələr nəticəsində ölkədə hakimiyyət dəyişikliyi baş verib. Prezident Soronbay Jenbekov vəziyyəti sabitləşdirmək cəhdlərinə baxmayaraq, oktyabrın 15-də istefa verib. Beləliklə, Sadır Japarov həm baş nazir, həm də müvəqqəti prezident səlahiyyətlərini icra etməyə başlayıb. Nəticədə, 2021-ci ilin yanvarında yeni prezident seçkiləri keçirilib və Sadır Japarov qalib gəlib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
12:54 12.10.2026
Gündəm
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm