Regionda təhlükə:“Əfqanıstanda Suriya ssenarisi...”
Banuçiçək Kalbalıyeva
14:16 08.07.2021
Dünya
670
Rusiya xarici işlər naziri Sergey Lavrov Əfqanıstanla Tacikistan arasında insidentdən danışıb. O, bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Əfqanıstan sərhədindən Tacikistana hücum ediləcəyi təqdirdə bu hadisəni təcili olaraq müzakirə edəcək.“Tacikistana bir hücum olarsa, əlbəttə ki, bu dərhal KTMT-də nəzərdən keçiriləcək. Moskva və Düşənbə Kollektiv Təhlükəsizlik Müqaviləsinə görə müttəfiqdir və Rusiya Federasiyasının Tacikistanda hərbi bazası var. Beləliklə, təbii ki, öhdəliklərimizi yerinə yetirəcəyik”, - deyə Lavrov qeyd edib.
Tacikistan KTMT-dəki müttəfiqlərindən Əfqanıstanla sərhəddə yaranan problemlə bağlı kömək istəyib. Rəsmi Düşənbə hesab edir ki, şərtlər cənub sərhədlərini qoruma potensialının gücləndirilməsi üçün tədbirlərin görülməsi ilə yanaşı KTMT daxilində adekvat cavab tələb edir.
Politoloq İlyas Hüseynov “Sherg.az”a açıqlamasında durumu belə şərh etdi:
“İki ölkə arasındakı vəziyyət son dövrdə daha da gərginləşib. Taliban strateji nöqtələri ələ keçirdikdən sonra Tacikistanda səfərbərlik elan edildi. Sərhəddə qarşıdurmanın başlanması tərəflər arasında müharibə kimi də qiymətləndirilə bilər. Talibanın daha genişmiqyaslı hərbi əməliyyat keçirəcəyi gözlənilir. Belə olsa, yeni münaqişə ocağı yaranacaq”.
İ.Hüseynov, həmçinin Rusiyanın proseslərə münasibətindən danışdı:
“Digər aktorların da münaqişəyə qoşulacağı istisna deyil. Rusiyanın XİN rəhbəri Sergey Lavrov Tacikistanı müdafiə edəcəklərini deyib. Əslində KTMT nizamnaməsinin dördüncü maddəsi məhz bunu tələb edir. Talibanın hücumu olarsa, KTMT-nin, xüsusilə onun aparıcı üzvü olan Rusiyanın siyasi qərarları əsasında yeni həmlələri görəcəyik.
Nəzərinizə çatdırım ki, Türkiyənin Əfqanıstandakı aviabazanı nəzarətə götürməsi vəziyyəti daha da gərginləşdirir. Əfqanıstanda Suriya ssenarisi gözlənilir. Başqa sözlə, region üçün təhlükə var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya
ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib
18:11 06.10.2026
Dünya
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial