“İranın müharibə, diplomatiya və iqtisadi mühasirəyə qarşı mübarizədə yeni strategiyası rəqiblərimizi sarsıdacaq”.
Teleqraf xəbər verir ki, bunu Tehran və Vaşinqton arasında münaqişənin yenidən başlaması fonunda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib.
“Bu çılğın cəhdlərlə özünüz üçün yaratdığınız cəhənnəmdən çıxa bilməyəcəksiniz. Əksinə, tezliklə anlayacaqsınız ki, İranın müharibə və diplomatiyada, eləcə də iqtisadi mühasirəyə qarşı mübarizədə yeni strategiyası sizin dayaqlarınızı sarsıtmağa qadirdir”, - o bildirib.