Roma Papası pandemiya ilə mübarizədə həmrəyliyə çağırış edib
13:05 04.04.2021
Dünya
483
Xristian aləminin ən ali bayramı – Müqəddəs Pasxa bayramı günündə Roma Papası I Fransisk ənənəvi “Urbi et Orbi” (“Şəhərə və yer kürəsinə”) bayram xeyir-duasını artıq ikinci ildir ki, möminlərin iştirakı olmadan oxuyub.
AZƏRTAC xəbər verir ki, Vatikanda hər il adətən on minlərlə insanın toplaşdığı Müqəddəs Pyotr meydanına pandemiya səbəbindən giriş bağlı olub. I Fransisk çıxışında koronavirus pandemiyasının hələ də bütün dünyada tüğyan etdiyini bildirib və insanları ruhdan düşməməyə çağırıb.
Pontifik qeyd edib ki, bütün dünyanı bürüyən koronavirus böhranı xüsusilə yoxsullar üçün ağır keçir. Dünyada qlobal böhranın mövcud olmasına baxmayaraq, münaqişələr də sona çatmır. O, bütün böhran ocaqları üçün sülh arzulayıb.
Papa çıxışında, həmçinin bildirib ki, pandemiya üzərində qələbə qazana bilmək üçün ən təsirli vasitə peyvənd maddələridir: “Peyvənd maddələrinin internasionalizmi” anlamında beynəlxalq ictimaiyyəti peyvənd təminatında yaranmış ləngimələri birgə səylər nəticəsində aradan qaldırmağa və xüsusilə də yoxsul ölkələr üçün olmaqla həmrəylik əsasında peyvəndlərin paylanmasına dəstək göstərməyə çağırıram”.
Roma Papası çıxışında Myanmar, Suriya, Yəmən və Liviyada, eləcə də dünyanın digər böhran ocaqlarında münaqişə və insan ölümlərinə son qoyulması, İsrail övladları və fələstinlilər arasında dialoq vasitəsilə sabit həll yolunun tapılması üçün dua edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya