Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi

Rusiya hava hücumundan müdafiə sistemləri gün ərzində 152 Ukrayna PUA-sını ələ keçirib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, PUA-lar Belqorod, Bryansk, Kaluqa, Kursk, Lipetsk, Orel, Tula, Krasnodar, Başqırdıstan, Krım, eləcə də Azov və Qara dənizləri üzərində vurulub.