Rusiya Buşehrdən 198 nəfəri təxliyə etdi

Buşehr AES-dən Rusiya mütəxəssislərinin təxliyəsi davam edib.

Axar.az xəbər verir ki, bu barədə “Rosatom”un rəhbəri Aleksey Lixaçev bildirib.

“ABŞ və İsrailin zərbəsindən təxminən 20 dəqiqə sonra 198 rusiyalı mütəxəssis avtobuslarla Ermənistan sərhədinə yönəldilib. Ermənistan hökuməti ilə əməkdaşlıq çox rahatdır, çünki mütəxəssislərin regiondan çıxışı İrəvan hava limanından planlaşdırılıb", - o söyləyib.

Qeyd edək ki, bu gün "Buşehr" atom elektrik stansiyasının (AES) yaxınlığına mərmi düşüb, nəticədə stansiyanın mühafizə əməkdaşlarından biri ölüb.

Bundan öncə Rusiyanın Buşehr AES-dən 200 rusiyalı mütəxəssisi bu həftə təxliyə edəcəyi açıqlanmışdı.