Rusiya Cənubi Qafqaza “dönür”: Primakov doktrinası...
06:40 22.06.2024
Dünya
593
Hazırda ABŞ Vyetnamda öz təsirini gücləndirməyə davam edir. Ona görə də Vyetnam həm Çin, həm də Rusiya üçün təhlükə yarada biləcək “qarın boşluq”larından biridir. Vladimir Putinin Şimali Koreyadan sonra Vyetnama səfərinin əsas səbəbi budur.
Bu sözləri Axar.az-a açıqlamasında Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin (ANKASAM) sədri, professor Mehmet Seyfəddin Ərol deyib.
Professor Putinin bu səfərlə Vyetnamı Rusiyanın xeyrinə tərəf olmağa təşviq etmək məqsədi daşıdığını vurğulayıb:
“Moskva orada da müxtəlif yollarla öz siyasi təsir gücünü, nüfuzunu artırmaq niyyətindədir. Putin preventiv tədbir kimi bir sədd qurmaq və oraya Vyetnamı da qatmaq istəyir. Şimali Koreyadan fərqli olaraq Vyetnam kimi ölkələr daha çox balanslı siyasət yürütməyin tərəfdarıdır. Lakin onların artan təzyiqlər qarşısında bunu nə qədər davam etdirə biləcəyi sual altındadır. Çünki dünya balanslaşdırılmış xarici siyasətin öz əhəmiyyətini getdikcə itirdiyi, hər kəsin özünə tərəf seçdiyi bir dövrə girir”.
Alim baş verənlərin Cənubi Qafqaza da təsirsiz ötüşməyəcəyini bildirib:
“Rusiya xarici siyasətində növbəti dəfə Primakov doktrinasının və yaxın çevrə anlayışının ön plana çıxdığını deyə bilərik. Əgər içində olduğumuz proseslər belə sürətlə davam etsə, bunun Mərkəzi və Cənubi Asiyaya, Cənubi Qafqaza təsirləri olacaq. Nəticədə böyük güc mərkəzləri arasında yaxın çevrə uğrunda mübarizə əhəmiyyətini artıracaq və şiddətlənəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm