Ukraynanın hava hücumundan müdafiə qüvvələri iyunun 13-ü axşam saatlarından etibarən Rusiyanın həyata keçirdiyi pilotsuz uçuş aparatı hücumu zamanı 98 drondan 91-ni zərərsizləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.
Məlumata görə, Rusiya ordusunun Ukrayna ərazisinə göndərdiyi 98 pilotsuz uçuş aparatından 91-i hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub və ya radioelektron mübarizə sistemləri vasitəsilə sıradan çıxarılıb.
Ukrayna tərəfi hücumun nəticələri və mümkün dağıntılarla bağlı əlavə məlumat verməyib.