
Rusiya-İran sazişi: Moskva və Tehran Qərbin regional təsirlərinə qarşı birgə fəailiyyət göstərir -ŞƏRH
12:38 12.06.2024
Dünya
610
Rusiya ilə İran arasında əhatəli saziş Tehran tərəfindən bu sənəddə təsbit edilmiş məsələlər üzrə bir sıra prosedur qaydalarının yerinə yetirilməsindən sonra imzalana bilər.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRICS ölkələri xarici siyasət idarələrinin iclasının yekunlarına dair keçiriləm mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu sənədin prezidentlərin təsdiqinə və müvafiq olaraq imzalanmaya təqdim edilməsi üçün İran İslam Respublikası tərəfindən sazişdə təsbit edilmiş məsələlər üzrə bir sıra prosedur qanunvericilik qaydalarının yerinə yetirilməsi lazımdır.
"Hələ ki, onlar yerinə yetirilməyib. Sənədin mətni tam razılaşdırılıb", - Lavrov əlavə edib.
Lavrovun fikirlərinə münasibət bildirən Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”asöyləyib ki, İran və Rusiya arasında əhatəli razılaşma sənədinin imzalanması ilə bağlı hazırlıq işləri 1 ilə yaxındır davam edir:

“Bu ilin əvvəllərində Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu Tehranda olub və sənədin hər bir istiqamətini müzakirə edib. Ona görə də İran və Rusiya arasında imzalanacaq əhatəli sazişdə hərbi sənaye məhsulları, Qərbin tətbiq etdiyi sanksiyaların yüngülləşdirilməsi ilə bağlı atılacaq addımlar və energetika sahəsində görüləcək işlər nəzərdə tutulur. Hesab edirəm ki, bu məsələ İranda Prezident seçkilərindən sonra yenidən aktuallaşacaq. Sənədin imzalanmasının daha çox Moskva və Tehrana əhəmiyyəti var. Çünki hər iki ölkə eyni təzyiqlərə və məhdudlaşdırıcı tədbirlərə məruz qaldığına görə qüvvələrini birləşdirərək iqtisadi çətinliklərdən xilas ola bilərlər. Digər tərəfdən Yaxın və Orta Şərqdəki problemlərə də onların münasibətləri oxşardır. Rusiya-İran Suriya, İraq və HƏMAS məsələsinə də eyni mövqe sərgiləyirlər. Eyni zamanda, Qərbin regional təsirlərinə qarşı birgə fəailiyyət göstərirlər. Sözügedən müqavilənin daha çox bu istiqamətdə olacağı istisna edilmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media