Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya ordusu gün ərzində Ukrayna Silahlı Qüvvələrinin maraqlarında istifadə olunduğu iddia edilən liman və dəniz obyektlərinə zərbələri davam etdirib.
Sherg.az xəbər verir ki, nazirliyin məlumatına görə, yüksək dəqiqlikli aviasiya silahları və zərbə tipli pilotsuz uçuş aparatları ilə Odessa yaxınlığında yük daşıyan gəmi, həmçinin Odessa limanında yanacaq anbarı və Odessa Neft Emalı Zavodunun istehsal sexləri vurulub.
Ukrayna tərəfi isə Rusiya Müdafiə Nazirliyinin bu açıqlamalarına hələlik münasibət bildirməyib.