Rusiya müdaxilə etməsə separatçılar 2-3 sutkaya darmadağın ediləcək
17:55 04.04.2021
Dünya
723
Ukraynanın şərqində-Donbassda vəziyyət gərginləşməkdə davam edir. Son məlumatlara görə atəşkəsin pozulması halları intesivləşib, tərəflər ağır artilleriya tətbiq edirlər. Rusiya isə Ukrayna ilə sərhədə qoşun cəmləşdirməkdə davam edir.
Sherg.az virtualaz.org-a istinadən bildirir ki, vaxtilə Donbassda separatizmi alovlandıranlardan rusiyalı diversantlardan biri, Baş Kəşfiyyat İdarəsinin (QRU) polkovniki və qondarma "Donetsk xalq respublikası"nın ilk "müdafiə naziri" olmuş İqor Strelkov hesab edir ki, əgər Ukrayna ordusu hücuma keçsə qondarma respublikaların qoşunlarını cəmi bir neçə sutkaya darmadağın edəcək.
O, qeyd edir ki, Kiyev təmas xəttinə 70-100 minlik qruplaşma cəmləşdirib. Daha 100 min nəfər isə arxa cəbhədə təchizat və köməkçi hissələrdə yerləşdiriliblər. Bundan başqa Ukrayna tərəfi səfərbərlik tədbirləri həyata keçirir. Qondarma "DNR" və "LNR"in isə qüvvələrinin birlikdə sayı 20 mindən çox deyil, üstəlik onlar pis silahlanıblar.
"Əgər Kiyev hücuma keçsə say və texnika baxımından üstünlüyə malik olan Ukrayna ordusu cəbhəni cəmi bir neçə saata yaracaq. Rusiya müdaxilə etməsə Donbass "respublikalarının" bölmələri iki və ya uzağı üç sutkaya darmadağın ediləcək",-Strelkov deyir.
Rusiya ordusunun istefada olan polkovniki Aleksandr Jilin də təsdiq edir ki, Ukrayna ordusunun ciddi üstünlüyə malik olması şübhə doğurmur. Onun fikrincə, Donbassda müharibənin gedişatını öz xeyrinə dəyişdirmək üçün Kiyevin əlində vacib üstünlük var-"Baykarktar TB2" döyüş pilotsuz təyyarələri. Onlar Kiyevə müharibəni udmaqda kömək edə bilər. Çünki qondarma respublikaların heç birinin effektiv hava hücumundan müdafiə sistemi yoxdur.
Digər rusiyalı hərbi icmalçı Pavel Felgenhauer isə deyir ki, Rusiya ilə Ukayna arasında indiki gərginlik hətta üçüncü dünya müharibəsinə qədər böyüyə bilər. Ekspertin fikrincə, Donbassda irimiqyaslı müharibənin may ayında başlaaycağı gözlənilir. (Hazırda Donbass düzənliklərində texnikanın və qoşunların hərəkəti əlverişli deyil, qar təzə əriyir, hər tərəf palçıqdır və hava yağışlı-dumanlıdır,-red.) Felgenhauer deyir ki, münaqişə ümumavropa müharibəsinə çevrilə və sürətlə nəzarətdən çıxa bilər.
Bu arada Almaniya və Fransa xarici işlər nazirlikləri Donbass ətrafında yaranmış gərginliyə görə birgə bəyanatla çıxış ediblər. Bəyanatda bildirilir ki, Fransa və Almaniya Rusiya qoşunlarının sərhədə cəmləşdirilməsini diqqətlə izləyir və tərəfləri təmkin nümayiş etdirməyə çağırır. Bəyanatda Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə birmənalı dəstək də ifadə olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya