Rusiya ordusu Kiyevə hücum edib: Ölənlər var, onlarla obyekt dağılıb

Sentyabrın 5-də Rusiya Silahlı Qüvvələrinin Kiyevə təşkil etdiyi hava hücumları nəticəsində azı iki mülki şəxs həlak olub. Şəhərin beş ayrı rayonunda ümumilikdə 28 obyektə ciddi ziyan dəyib.

Teleqraf xəbər verir ki, bu barədə Kiyevin Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib.

Məlumata görə, dağılan və zərər görən tikililər arasında çoxmərtəbəli və fərdi yaşayış evləri, sənaye müəssisələri, anbarlar, dəmir yolu xətti və kənd təsərrüfatı obyektləri var. Hücumlar zamanı Buçansk rayonunda ölüm halları qeydə alınıb, Fastovsk rayonunda isə zərbələr nəticəsində güclü yanğın başlayıb.

Həmçinin rəsmi dairələr Borispol, Brovarı və Svyatopetrovsk yaşayış məntəqələrində pilotsuz uçuş aparatlarının (PUA) düşməsi nəticəsində sənaye obyektlərinin və anbarların yandığını təsdiqləyiblər.