Rusiya ordusu Xarkov vilayətində Çernyakovu nəzarətə götürüb

Rusiya ordusunun Xarkov vilayətində Çernyakov yaşayış məntəqəsini nəzarətə götürdüyü açıqlanıb.

Sherg.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, “Şimal” qoşun qruplaşmasının bölmələri Xarkov vilayətində hücum əməliyyatlarını davam etdirərək nəzarət zonasını genişləndirir. Həmçinin Rusiya hərbçilərinin Sliznevo və Qoqino yaşayış məntəqələri istiqamətində mühasirədən çıxmağa çalışan Ukrayna bölmələrinin cəhdlərinin qarşısını aldığı bildirilib.

Rusiya Müdafiə Nazirliyi son sutkada hava hücumundan müdafiə sistemlərinin 7 idarəolunan aviasiya bombası, ABŞ istehsalı HIMARS sistemindən atılan 2 reaktiv mərmi və 902 pilotsuz uçuş aparatını vurduğunu da iddia edib.