Rusiyanın "Geran" pilotsuz uçuş aparatları (PUA) Ukraynanın qərbində, Polşa ilə sərhəd yaxınlığındakı infrastruktura zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayan KİV-lər məlumat yayıvb.
Zərbələrdən biri "Yaqodin" keçid məntəqəsi yaxınlığında yerləşən dəmir yolu stansiyasına və ərazidəki yanacaqdoldurma məntəqəsinə dəyib. Hücumdan dərhal sonra yanacaq deposunda güclü yanğın başlayıb.
Bundan əvvəl Moldovanın sərhədyanı infrastrukturuna oxşar hücumlar edilib. Ukrayna mediası Polşa istiqamətindəki obyektlərin növbəti hədəf olacağı barədə xəbərdarlıq edib. Zərbələrin trayektoriyasının təhlili qərb regionlarına hücumların intensivliyinin artdığını göstərir.