
Rusiya-Qərb toqquşması: Dünya qlobal müharibə təhlükəsi ilə üz-üzədir -TƏHLİL
12:42 31.05.2024
Dünya
561
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Rusiyaya qarşı döyüşən bütün Qərb hərbi texnikası və mütəxəssisləri təkcə Ukraynada deyil, digər ölkələrdə də məhv ediləcək:
"NATO ölkələrinin Rusiyaya qarşı fərdi yardımı, istər raketlərə nəzarət, istərsə də qoşun göndərmək, ciddi eskalasiya yaradacaq və ardınca elə bir qüvvənin cavabı olacaq ki, alyansın özü də münaqişəyə cəlb olunmağa müqavimət göstərə bilməyəcək".
Bununla bağlı Medvedev vurğulayıb ki, Qərb Rusiyanın taktiki nüvə silahından istifadə etməməsini səhv hesablaya bilər.
"Bu, ölümcül səhv olacaq", - Medvedev qeyd edib.
Dmitri Medvedev əmin edib ki, əgər Ukrayna Rusiya ərazisində, o cümlədən Krımda və ya Donbasda uzaq mənzilli silahlardan istifadə edərsə, onların bütün hərbi texnikası və mütəxəssisləri “həm keçmiş Ukrayna ərazisində, həm də digər ölkələrin ərazisində, əgər oradan Rusiya ərazisinə hücumlar edilərsə” məhv ediləcək.
Politoloq Elçin Xalidbəyli "Sherg.az"a açıqlamasında bildirib ki, Qərbin atdığımı addımlar, Rusiyayla müharibə ilə nəticələnə bilər:
"Son məlumatlara görə NATO üzvü olan bəzi dövlətlər Ukranyaya verdiyi silahlardan Rusiyanın dərinliklərinə zərbə endirmək üçün rəsmi Kiyevə icazə veriblər. Hesab edirəm ki, belə radikal qərar Rusiya ilə NATO arasında toqquşmaların açıq müstəviyə keçməsinə səbəb ola bilər. Rusiya hələlik Qərbə xəbərdarlıq mesajları ilə kifayətlənir. Lakin rəsmi Moskva taktiki nüvə silahlarından istifadə edə biləcəyinidə dəfələrlə Qərbə bildirib. Qeyd edək ki, ABŞ Ukraynaya, Moldova və Ermənistana hərbi müşavir göndərmək barədə qərar qəbul edib. Düşünürəm ki, bu qərar Ukranyaya göndəriləcək hərbi müşavirin əsas hədəfinin ört basdır edilməsinə xidmət edir".

Ekspert əlavə edib ki, rəsmi Kiyev ona verilən icazələrdən istifadə edərək Rusiyanın dərinliklərinə zərbə endirərsə, bu savaşın genişlənməsinə səbəb olacaq:
"Dünya yeni qlobal müharibə təhlükəsi ilə üz-üzədir. Kremlin hadisələrə verdiyi reaksiyaları nəzərə alsaq görərik ki, Rusiya olası məğlubiyyətdən yayınmaq üçün taktiki nüvə silahlarından istifadə edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət