Rusiya XİN: Seutadakı vəziyyət Aİ-nin miqrasiya siyasətinin iflasını göstərir

Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, İspaniyanın Seuta anklavında yaranmış vəziyyət Avropa İttifaqının miqrasiya siyasətinin uğursuzluğunu nümayiş etdirir.

Sherg.az xəbər verir ki, onun sözlərinə görə, baş verənlər ilk növbədə humanitar faciədir. Bununla yanaşı, Aİ-nin həm miqrasiya, həm də tərəfdaş ölkələrlə bağlı siyasətinin nəticələri də üzə çıxır.

Məlumata görə, son sutkada on minlərlə miqrant Mərakeşdən İspaniyanın Seuta şəhərinə keçməyə cəhd edib. Bundan sonra şəhərə əlavə polis və hərbi qüvvələr cəlb olunub. İtaliyanın Baş naziri Corcia Meloni isə yaranmış vəziyyət fonunda İspaniya ilə Şengen rejiminin müvəqqəti dayandırılması imkanını nəzərdən keçirdiyini açıqlayıb. Finlandiya və Danimarkanın da bu təşəbbüsü dəstəklədiyi bildirilir.