Rusiyanın Kaluqa hava limanında təyyarələrin qəbulu və yola salınmasına məhdudiyyətlər tətbiq edilib.
Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məhdudiyyətlərin nə zaman aradan qaldırılacağı ilə bağlı heç bir məlumat verilməyib.
Ehtimal edilir ki, bu addım Ukraynadan PUA hücumları ilə bağlıdır.